Tbilisi, 12 fevral, ARHD.AZ


Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub


Tbilisidə səfərdə olan Milli Məclisin Əmək və Sosial Məsələlər Komitəsinin sədri Musa Quliyev Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominaşe ilə görüşüb.

ARHD.AZ  xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı uzunmüddətli dostluq əlaqələrinin gücləndirilməsinə, xüsusən də parlamentlərarası əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Söhbət zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri xüsusi yer tutub.

Zaza Lominaşe bildirib ki, iki ölkə tibbi turizmin inkişafı və orqan transplantasiyası sahəsində birgə əməkdaşlıq etməyə razılaşıblar. Eyni zamanda, miqrasiya prosesləri və demoqrafik problemlərin həlli üzrə birgə iş aparmaq da planlaşdırılır.

Görüşdə gələcəkdə komitələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konkret planlar hazırlanıb.

Növbəti görüşün komitə səviyyəsində Azərbaycanda keçirilməsi qərara alınıb.

Baxış sayı: 3 246

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə