Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatları göndərəcək. 


“ARHD.AZ” xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in Mətbuat xidmətindən bildirilib.


“Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq və Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə qurumun aviasiyası vasitəsilə dərman preparatlarının sonradan İran hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycana çatdırılması təşkil ediləcək”, - məlumatda deyilir. 


Ümumilikdə, humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilir.

Baxış sayı: 2 820

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə