“Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik”.
“ARHD.AZ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat verib.
Bildirilib ki, bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır:
“Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”.






















