“ABŞ hərbi əməliyyatı dayandırmaq qərarına gəlsə belə İran silahlı qarşıdurmaya son qoymayacaq”.


“ARHD.AZ” xəbər verir ki, bu barədə “Axios” portalı ərəb ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.


Nəşr iddia edir ki, İran hakimiyyəti Vaşinqtonun qaydalarına uyğunlaşmaq niyyətində olmadığını regionun ərəb dövlətlərinə çatdırıb.


Məlumata görə, Tehran özünə qarşı təcavüzün bir daha bərpa edilməyəcəyinə dair güclü beynəlxalq zəmanətlər almadığı müddətcə münaqişəni başa çatdırmaq niyyətində deyil. Həmçinin ərəb ölkələrinin nümayəndələrinə bildirilib ki, ABŞ əməliyyatı başa çatdırdıqdan sonra belə İran Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücumları dayandırmayacaq.


“Müharibəni başlamaq çox asandır, onu bitirmək isə son dərəcə çətindir”, - nəşrin həmsöhbəti əlavə edib.

Baxış sayı: 2 982

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə