Bakı, 12 fevral, ARHD.AZ


Azərbaycanla BƏƏ arasında ikitərəfli humanitar əlaqələrin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb


Əbu-Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub. Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.

Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.

Baxış sayı: 2 009

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə