Türkiyənin Xarici İşlər Nazirliyi bölgədə baş verən son hadisələrlə bağlı açıqlama verərək, tərəfləri dərhal hücumları dayandırmağa çağırıb.


“ARHD.AZ”ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, İsrail və ABŞ-nin İrana hücumu ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr həm regional gələcək, həm də qlobal sabitlik üçün ciddi risklər yaradır.


“Beynəlxalq hüquqa zidd olan və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hərəkətlərdən dərin narahatlıq duyuruq. Zorakılığı artıracaq hər hansı təxribatları qınayırıq. Tərəfləri hücumlara dərhal son qoymağa çağırırıq. Bölgədəki məsələlər yalnız sülh yolu ilə həll olunmalıdır. Türkiyə vasitəçilik mövzusunda hər zaman dəstək verməyə hazırdır”, – deyə nazirliyin bəyanatında vurğulanıb.


Açıqlamada qeyd edilib ki, əlaqədar ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər görülür.

Baxış sayı: 2 880

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə