Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb.


ARHD.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Namiq Eldar oğlu Həsənov təyin edilib.

 Qeyd edək ki, əvvəllər sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.


Bundan əvvəl DSMF-də filialların sayı 7-dən 8-ə yüksəlib.


Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial yaradılıb və Əlipaşa Rauf oğlu Mirzəyev direktor təyin olunub.


Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub.

Baxış sayı: 2 640

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə