Cari il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qaldı.


ARHD.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu il Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar yekunlaşdı.


Uzunmüddətli fasilədən sonra iyul ayında Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə görüş keçirildi. Bu görüş Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan oldu.


Avqust ayında isə bütün dünya Vaşinqtonda tarixi hadisəyə şahidlik etdi. Azərbaycanın təşəbbüsü ilə başlayan və irəlilədilən sülh danışıqları öz məntiqi nəticəsini verdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı.

Baxış sayı: 3 105

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə