DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Bakı, 10 fevral, ARHD.AZ

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə mükafata layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Sinqapurun “Gazet International Global Magazine” jurnalının keçirdiyi müsabiqədə “Proaktiv xidmət mexanizmi” layihəsi ilə iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin “2024-cü il üzrə Azərbaycanın ən yaxşı ödəniş mexanizmi” mükafatına layiq görülüb.

Həmin müsabiqədə müxtəlif ölkələrdən 300-dək nüfuzlu qurum təmsil olunub.

“Gazet International Global Magazine” jurnalı beynəlxalq arenada öz innovasiyaları, xüsusi nailiyyətləri və strategiyaları ilə fərqlənən qurumları təltif etmək üçün illik nəticələr əsasında müsabiqələr keçirir.

Baxış sayı: 2

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]