"Tələbə kreditlərini tələbənin digər xərclərinə də yönəldə bilərik. Amma bu zaman kredit verilən tələbə sayı azala bilər".
ARHD.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yəqin ki, orta məktəblərin ixtisarı davam edəcək:
"Bunu ixtisar yox, səmərəlillik adlandırardım. Çünki biz düşünürük ki, beş şagirdi olan məktəbdə keyfiyyətli təhsil mümkün deyil. Bir sinfin dövlət büdcəsi üçün xərc nisbəti 20-25 min manat arasında dəyişir. O uşaqları başqa bir məktəbdə tədrisə cəlb edə bilərik".






















