Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

Moskva, 9 fevral, ARHD.AZ


Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin və Donald Tramp arasında mümkün danışığın baş tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edir.

ARHD.AZ xəbər verir ki, Peskovun “İzvestiya” qəzetindəki şərhinə görə, Vaşinqtonda yeni administrasiyanın fəaliyyəti fonunda müxtəlif kanallar vasitəsilə aparılan çoxsaylı əlaqələr qurulur. “Bu çoxsaylı əlaqələr fonunda şəxsən mən nəyisə bilməyə, məlumatlı olmaya bilərəm. Buna görə də mövcud vəziyyətdə mən nə təsdiq, nə də təkzib edə bilərəm”, - deyə o söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “New York Post” nəşrinə müsahibəsində Vladimir Putinlə aralarında telefon danışığının baş tutduğunu bildirib. Onun sözlərinə görə, Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.

Baxış sayı: 3 342

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]