"Ermənistan və Azərbaycan arasında mümkün ərazi mübadiləsi yalnız referendumdan sonra baş tutacaq. Anklavlar məsələsi hazırda gündəlikdədir, lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir".


ARHD.AZ  Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri və hakim Vətəndaş Sazişi Partiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə bildirib.


"Delimitasiya və demarkasiya işləri başa çatan kimi İrəvan və Bakı anklav məsələsinin necə davam etdiriləcəyinə qərar verəcəklər. Daha sonra hər iki ölkə ratifikasiya şərti ilə dövlət sərhədi müqaviləsi imzalayacaq", - deyə o qeyd edib.

Baxış sayı: 3 158

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə