Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Douti ilə görüşüb.


ARHD.AZ  xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.


"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Douti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin buaxşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!" - paylaşımda qeyd olunub.


 

Baxış sayı: 3 718

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə