"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı Ermənistanın tədricən blokadadan çıxması deməkdir".


ARHD.AZ -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.


"Tezliklə iqtisadiyyatımızın strukturunda köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına dair bəyanatı ətrafında müzakirələr gedir. Bu, çox mühüm qərardır və göstərir ki, Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar sadəcə bəyannamə deyil, bunlar konkret nəticələr verən bəyannamələrdir", - deyə Paşinyan qeyd edib.

Baxış sayı: 3 186

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə