
ABŞ Dövlət Departamenti ölkə Prezidenti Donald Trampın səkkiz ayda səkkiz ayrı müharibəyə son qoyduğunu bəyan edib.
ARHD.AZ bildirir ki, bu barədə Dövlət Departamentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından başqa, Trampın Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, Misir və Efiopiya, habelə İsraillə HƏMAS arasında münaqişəni bitirdiyinə dair siyahı təqdim olunub.
Dövlət Departamenti Trampı "sülh prezidenti" adlandırıb.























