Tbilisi, 4 oktyabr, ARHD.AZ



Tbilisidə etirazçılar Prezident sarayının ərazisində daxil olublar


Gürcüstanda keçirilən yerli seçkilərə qatılmayan müxalifət nümayəndələrinin etiraz aksiyası böyüyür.

ARHD.AZ xəbər verir ki, Tbilisinin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.

Təşkilatçılardan biri - "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.

Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani Sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də, etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.

Etirazçılarla polis arasında qarşıdurma olub. Aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq edilir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.

DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.


Baxış sayı: 5 681

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə