Bakı, 30 sentyabr, ARHD.AZ
Sercio Mattarella: Ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk
Ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk.
ARHD.AZ xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.
“Əməkdaşlığımız yüksələn xətlə artır, genişlənir və müxtəlif sahələri əhatə edir”, - deyə İtaliya Prezidenti əlavə edib.






















