Almaniya Aİ Sammitinin təhlükəsizliyinin təmin olunmasında Danimarkaya dəstək verəcək

Berlin, 28 sentyabr, ARHD.AZ




Almaniya Aİ Sammitinin təhlükəsizliyinin təmin olunmasında Danimarkaya dəstək verəcək


Danimarkada son günlər baş verən dron hadisələrindən sonra Almaniya ordusu Kopenhagendə keçiriləcək Avropa İttifaqı Sammitinin təhlükəsizliyinin təmin olunmasında bu ölkəyə dəstək verəcək.

ARHD.AZ yerli mediaya istinadla xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatında nazir Boris Pistorius və Bundesverin Baş inspektoru Karsten Breuerin Danimarkanın dəstək müraciətini müsbət cavablandıraraq, dronlara qarşı müdafiə işinə töhfə veriləcəyini bildirdikləri qeyd olunub.

Oktyabrın 1-2-də Kopenhagendə keçiriləcək Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə əsas mövzular arasında kritik infrastrukturun qorunması və Avropanın ümumi müdafiə hazırlığının gücləndirilməsi də yer alır.

Danimarka hökuməti mülki və hərbi infrastruktur ətrafında çoxsaylı dron insidentlərinin baş verməsi ilə əlaqədar Avropa İttifaqı liderlərinin görüşünün təhlükəsizliyi üçün müxtəlif ölkələrdən dəstək istəyib.

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə