Vaşinqton, 18 avqust, ARHD.AZ



Avropa liderləri Tramp-Zelenski görüşündə iştirak etmək üçün Ağ Evə gəliblər


Tramp-Zelenski görüşündə iştirak etmək üçün Avropa liderləri Ağ evə gəlməyə başlayıblar.

ARHD.AZ-ın məlumatına görə, NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stab görüşdə iştiraklarını təsdiqləyiblər.

Bu gün Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olacaq. Görüş əvvəlcə ikitərəfli, sonra Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Baxış sayı: 5 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə