Bakı, 2 iyul, ARHD.AZ




Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub


İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

ARHD.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.

Baxış sayı: 9 225

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə