Kaya Kallas İrandan nüvə proqramı üzrə danışıqlara başlamağı tələb edib

 

Bakı, 2 iyul, ARHD.AZ




Kaya Kallas İrandan nüvə proqramı üzrə danışıqlara başlamağı tələb edib


İran nüvə proqramına son qoyulması üzrə danışıqları dərhal bərpa etməlidir.

ARHD.AZ xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu tələbi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı səsləndirib.

“İran Tehranın nüvə proqramına son qoyulması üzrə danışıqlara mümkün qədər tez başlamalı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı bərpa etməlidir”, - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Kaya Kallas, həmçinin Brüsselin İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığın bərpasına yardım etməyə hazır olduğunu bildirib.

Bir müddət öncə Abbas Əraqçi Vaşinqtonun İrana hücum etməyəcəyinə zəmanət verdikdən sonra Tehranın nüvə sazişi üzrə danışıqları bərpa edəcəyini deyib. O əlavə edib ki, uranın zənginləşdirilməsi üzrə elmi bilikləri və texnologiyaları bombalamaqla məhv etmək mümkün deyil və Tehran bu sahədə itkilərini bərpa etməyə qadirdir.

Baxış sayı: 3 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə