Rəcəb Tayyib Ərdoğan: Tramp Ukrayna üzrə danışıqlar aparmaq üçün Putinlə Türkiyədə görüşməyə hazırdır

Bakı, 27 iyun, ARHD.AZ




Rəcəb Tayyib Ərdoğan: Tramp Ukrayna üzrə danışıqlar aparmaq üçün Putinlə Türkiyədə görüşməyə hazırdır


Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Donald Tramp Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə sülh danışıqları üçün Türkiyəyə gələcəyi təqdirdə, özü də bu məqsədlə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Haaqada keçirilmiş Şimali Atlantika Alyansının sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən bu barədə ABŞ Prezidentinə Haaqadakı görüşümüz zamanı məlumat verdim. Tramp bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin İstanbul və ya Ankaraya nizamlanma üçün gələrsə, o da gələcək. Zəruri təmasları həyata keçirəcəyik və ümid edirəm ki, ən qısa zamanda görüşə biləcəyik”, – deyə “Anadolu” agentliyi Prezident Ərdoğanın sözlərindən sitat gətirib.

Baxış sayı: 6 758

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə