Media: ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb

Bakı, 23 iyun, ARHD.AZ




Media: ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb


Birləşmiş Ştatlar Yaxın Şərq ölkələrindən İsrailin münaqişəyə tezliklə son qoymağa çalışdığını İrana çatdırmağı xahiş edib.

ARHD.AZ xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, İsrail İrandakı hədəflərə zərbələr endirməyə davam edir, lakin eyni zamanda müharibəni dayandırmağa çalışır.

Ekspertlərin fikrincə, Tehran hazırda “təhlükəli seçim” qarşısındadır: ya müharibənin genişləndirilməsi riskini gözə alaraq ABŞ-ın hərbi bazalarına cavab zərbəsi endirmək, ya da mümkün güzəştlərlə nüvə danışıqlarına qayıtmaq.

İsrail hakimiyyəti İrandan danışıqlara razılıq verməsini və uranın zənginləşdirilməsini dayandırmasını gözləyir. Lakin Təl-Əviv Tehranın nüvə proqramı üzərində işlərini davam etdirəcəyi təqdirdə İrana yeni zərbələr endirməyə hazırdır.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Baxış sayı: 4 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə