Almaniya və ABŞ liderlərinin görüşündə Ukraynadakı müharibə və NATO-nun müdafiə xərclərinin artırılması diqqət mərkəzində olub

Berlin, 6 iyun, ARHD.AZ



Almaniya və ABŞ liderlərinin görüşündə Ukraynadakı müharibə və NATO-nun müdafiə xərclərinin artırılması diqqət mərkəzində olub


Almaniya Kansleri Fridrix Mertsin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp ilə görüşündə iki ölkə arasında münasibətlərin inkişafına dair müsbət fikirlər səsləndirilib.

ARHD.AZ xəbər verir ki, görüşdə Fridrix Merts ABŞ-ın Almaniya üçün tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Amerikalılara çox şey borcluyuq və bunu heç vaxt unutmayacağıq”. Donald Tramp isə Almaniya Kanslerinin nüfuzlu şəxsiyyət olduğunu qeyd edərək iki ölkə arasında sıx əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Liderlərin media nümayəndələrinə açıqlamalarında Ukraynadakı müharibə və NATO-ya üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələləri diqqət mərkəzində olub. ABŞ Prezidenti Almaniyanın NATO-ya töhfələrini artırmasından məmnunluğunu ifadə edərək, Ukraynada müharibənin qısa müddətdə başa çatmasına ümid etdiyini bildirib. Merts isə Rusiya-Ukrayna müharibəsinin başa çatmasında ABŞ Prezidentinin mövqeyinin önəmini qeyd edib.

Həmçinin Fridrix Merts görüşdə Donald Trampa babası Fridrix Trampın Almaniyada doğulmasına dair şəhadətnamənin bir nüsxəsini hədiyyə edib. Donald Tramp həmin sənədi Ağ Evdəki Oval Ofisin divarından asacağını bildirib.

Kansler ABŞ Prezidenti ilə görüşü barədə alman mediasına şərhində Donald Trampın onun dəvətini qəbul edərək Almaniyaya səfərə gəlməyə razılıq verdiyini bildirib. Fridrix Merts Vaşinqtona ilk səfəri zamanı onun üçün əsas mövzunun Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib. O, müharibənin tezliklə başa çatdırılmasının vacibliyi barədə Trampla ortaq fikirdə olduqlarını ifadə edib.

Səfər çərçivəsində Konqres üzvləri ilə də görüşən Kansler Rusiyaya qarşı sanksiyalar məsələsində geniş dəstəyin olduğunu vurğulayıb. Ticarət məsələsində də Donald Trampın Avropa İttifaqı ilə razılaşmaya hazır olduğunu bildirən Fridrix Merts ümumilikdə danışıqların konstruktiv keçdiyini, ABŞ demokratiyasına inamını qoruduğunu deyib.

Baxış sayı: 7 578

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə