Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 100 faiz yaşıl enerji ilə təchiz edilir

Xankəndi, 30 may, ARHD.AZ


“AzərEnerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 1 ədəd 330 kV-luq, 12 ədəd 110 kV-luq yarımstansiya tikilib, 1000 kilometrədək 330-110 kV-luq ikidövrəli elektrik verilişi xətləri çəkilib. İşğaldan azad edilən ərazilərdə tikilən ilk qapalı tipli yarımstansiya olan 110/35/10 kV-luq 2x63 MVA gücündə "Xankəndi-1" yarımstansiyasında hazırda son tamamlanma işləri aparılır.

V.Əliyev bildirib ki, Şuşa şəhərindən Xankəndiyə çəkilən 110 kV-luq ikidövrəli 12 kilometr uzunluqdakı xəttin Xankəndi şəhəri ərazisinə düşən 2 kilometrlik hissəsi yeraltı kabel xətti ilə çəkilib.

İcra olunmuş işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları cənub istiqamətində 110 kV-luq "Şükürbəyli”, şərq istiqamətində 330 kV-luq "Ağcabədi" və "İmişli", şimaldan isə 110 kV-luq "Gəncə” yarımstansiyaları olmaqla, ümumilikdə, 4 fərqli nöqtədən ölkə enerjisisteminə qoşulub və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi barədə tapşırıqlarına əsasən, 276,6 MVt gücdə 34 KSES istismar olunur. Yeni layihələrin icrasının başa çatması ilə KSES-lərin ümumi sayı 38-ə, gücü 307 MVt-a yüksəldilib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istismar edilən KSES-lər hesabına ilin bütün fəsillərində 100 faiz yaşıl enerji ilə təchiz edilir, artıq qalan enerji ölkə enerji sisteminə ötürülür.

İcra olunan yaşıl enerji layihələri hesabına 2040-cı ilədək regionda gözlənilən tələbat tam olaraq yaşıl enerji ilə qarşılanacaq. Regionun hidroenerji potensialın səmərəli istifadə üçün yaxın dövr ərzində 23,1 MVt gücdə əlavə 6 KSES-in tikintisinə başlanılacaq”, - deyə o əlavə edib.

Baxış sayı: 7 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə