TDT-nin Baş katibi: Kosmik Agentliklərin növbəti iclasının Qazaxıstanda keçirilməsi nəzərdə tutulub

Bakı, 23 aprel, ARHD.AZ



Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik Agentliklərinin və aidiyyəti qurumlarının rəhbərlərinin 5-ci illik görüşünün Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.

ARHD.AZ xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşündə deyib.

“Gündəliyin digər məsələsi də növbəti iclasımızdır. Adətən əlifba sırası ilə həyata keçirilir. Bu il görüş Qazaxıstanda keçirilməli idi, lakin azərbaycanlı həmkarlarımız onun Bakıda keçirilməsini xahiş etdilər. Ümid edirik ki, 2026-cı ildə görüş Qazaxıstanda baş tutacaq”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.

K.Ömüralıyev onu da qeyd edib ki, gələn il oktyabr ayında Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi təşkil olunacaq.

Baxış sayı: 4 515

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə