Ekspert: Azərbaycan-Suriya əlaqələrinin bərpası əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır

Bakı, 16 aprel, ARHD.AZ



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadənin Suriyanın Dövlət İnformasiya Agentliyi - SANA-da “Azərbaycan və Suriya arasında diplomatik əlaqələrin bərpası əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır” sərlövhəli məqaləsi dərc olunub.

ARHD.AZ xəbər verir ki, Azərbaycanın Suriyadakı səfirliyinin və müvəqqəti işlər üzrə vəkil Elnur Şahhüseynovun dəstəyi ilə nəşr olunan məqalə yeni Suriya hökumətinin mətbuatında Azərbaycan tərəfindən nəşr edilən ilk məqalədir.

Müəllif məqalədə iki ölkə arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan əlaqələrin on iki il müddətinə Suriyadakı təhlükəsizlik vəziyyəti və o dövrün mürəkkəb hərbi-siyasi şəraiti ilə əlaqədar fəaliyyətini dayandırdığını qeyd edib.

Həmçinin müəllif bildirib ki, ikitərəfli əlaqələrə mənfi təsir göstərən əsas amillər Suriyadakı erməni diasporunun anti-Azərbaycan və anti-türk mövqeyi, eyni zamanda, Suriya hökumətinin ermənipərəst mövqe tutması olub. Lakin Suriyada hakimiyyət dəyişikliyindən sonra əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edən L.Xəlilzadə əlaqələrin yeni müstəviyə çatdığını vurğulayıb. Bu əlaqələr ikitərəfli təmaslar, Azərbaycandan Suriyaya göndərilən humanitar yardımlar və xüsusilə aprel ayının 11-də Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara arasında baş tutan görüşlə yeni mərhələyə qədəm qoyub.

İki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, onu real məzmunla zənginləşdirmək üçün əlverişli şəraitin yarandığını qeyd edən müəllif, yeni atılan addımların Azərbaycan-Suriya əlaqələrinə yeni töhfələr verəcəyini, səfirliyin fəaliyyətini bərpa etməsinin ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracağını vurğulayıb.

Baxış sayı: 6 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə