Natalya Bajan: Moldovada Azərbaycan kapitallı 110 şirkət qeydiyyatdan keçib

Bakı, 11 aprel, ARHD.AZ



Moldovada biznes üçün yaradılan əlverişli şərait xarici şirkətlərin fəaliyyətinə geniş imkanlar yaradır. Hazırda Moldovada Azərbaycan kapitalı ilə 110 şirkət qeydiyyatdan keçib və fəaliyyətlərini davam etdirirlər.

ARHD.AZ xəbər verir ki, bu sözləri “İnvest Moldova”nın direktoru Natalya Bajan Bakıda keçirilən Moldova-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Moldovada xarici investisiyaların həcminə görə 33-cü yerdədir.

“Azərbaycanın sərmayə yatırmaq üçün böyük imkanları var və bu forumdan sonra daha çox azərbaycanlı iş adamlarının Moldovaya sərmayə qoymalarını gözləmək olar. Azərbaycan 2020-ci ildə Moldovaya 4 milyon, 2021-ci ildə 4,7 milyon dollar məbləğində investisiya yatırıb. Bu rəqəm 2022-ci ildə 0,1 milyon dollar olubsa, 2023-cü ildə isə investisiya yatırımı 5 milyon dollar təşkil edib”, - deyə N.Bajan bildirib.

“İnvest Moldova”nın direktoru vurğulayıb ki, Moldovanın vergi qanunvericiliyi kənd təsərrüfatına sərmayə yatıran şirkətlərə güzəştlər təklif edir ki, bu da investorların diqqətini cəlb edir.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə