Türkmənistanın Prezidenti Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib

Bakı, 26 mart, ARHD.AZ


Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ARHD.AZ xəbər verir ki, məktubda deyilir: “Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun”.

Baxış sayı: 6 386

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə