March 2, 2025  ARHD.AZ



Bessent: ABŞ Ukraynanın təhlükəsizliyini Aİ-nin təmin edəcəyini gözləyir


Vaşinqton administrasiyasının planı ondan ibarətdir ki, Ukraynanın təhlükəsizliyinə Şimali Atlantika Alyansı deyil, Avropa İttifaqı zəmanət verməlidir.

“ARHD.AZ” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CBS telekanalına müsahibəsində söyləyib.

“Fikrimcə, plan Aİ-nin bu təhlükəsizliyi təmin etməsindən ibarətdir. NATO deyil, Aİ”, – o deyib.

Xatırladaq ki, daha əvvəl müttəfiqlərin Avropadakı keçmiş baş komandanı admiral Ceyms Stavridis CNN telekanalının efirində, Vaşinqtonun Kiyevə yardımı dayandıracağı təqdirdə, Aİ və Böyük Britaniyanın Ukraynaya öz hərbi imkanlarını qorumaq üçün lazımi səviyyədə dəstək verə biləcəyini bildirmişdi.

Baxış sayı: 7 870

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə