
Bakı, 16 fevral, ARHD.AZ
Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da Serbiyaya işgüzar səfərə yola düşüb.
Bu barədə ARHD.AZ-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiyada yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.