Anar Sahib oğlu Ələkbərov Azərbaycanın ictimai və siyasi həyatında mühüm rola malik nüfuzlu şəxsiyyətlərdən biridir. Onun çoxşaxəli fəaliyyəti ölkənin mədəni, sosial və humanitar inkişafına böyük töhfələr vermişdir. Dövlətçilik ənənələrinə sədaqəti, dərin bilikləri və təşkilatçılıq bacarığı ilə seçilən Anar Ələkbərov bu gün Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru və Azərbaycan Avtomobil Federasiyasının prezidenti kimi məsuliyyətli vəzifələri icra edir. Heydər Əliyev Fondunun icraçı direktoru kimi onun fəaliyyəti mədəni irsin qorunması, təhsil, səhiyyə və sosial layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli nəticələr verib. Fondun təşəbbüsü ilə reallaşan yüzlərlə layihə cəmiyyətin müxtəlif təbəqələrini əhatə edərək insanların rifah halının yüksəlməsinə xidmət edir. Anar Ələkbərov bu istiqamətdə Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ideyalarını uğurla gerçəkləşdirir.
O, həmçinin Heydər Əliyev Mərkəzinin direktoru kimi Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və müasir incəsənətin inkişafına böyük töhfələr verir. Onun rəhbərliyi ilə Mərkəzdə keçirilən sərgilər, konfranslar və forumlar ölkəmizin mədəni irsinin təbliğinə xidmət edir. Bu fəaliyyət Azərbaycanın mədəniyyət siyasətinə uyğundur və milli irsimizin qorunmasını təmin edir.
Azərbaycan Avtomobil Federasiyasının prezidenti olaraq, Anar Ələkbərov ölkədə avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və texniki biliklərin təbliği istiqamətində bir çox təşəbbüslərlə çıxış edib. Federasiyanın təşkil etdiyi beynəlxalq yarışlar Azərbaycanın idman və turizm potensialının dünyaya tanıdılmasına xidmət edir.
Anar Ələkbərov'un fəaliyyətinin əsas prinsipləri onun vətənpərvərliyi, humanizmi, xalqına və dövlətinə bağlılığıdır. O, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın maraqlarının müdafiəsində fəal iştirak edir. Onun təşəbbüsləri və gördüyü işlər daim yüksək qiymətləndirilir və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. O, dövlət rəhbərliyinin etimadını yüksək səviyyədə doğruldaraq, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi vəzifəsində mühüm qərarların icrasına dəstək verir. Onun dövlətçilik prinsiplərinə sadiqliyi və peşəkarlığı, idarəçilik sahəsindəki dərin bilikləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurla reallaşdırılmasına xidmət edir.
Dəyərli dövlət xadimi və ictimai lider kimi Anar Ələkbərovun fəaliyyəti Azərbaycanın parlaq gələcəyinə yönəlmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin inkişafına, vətəndaşların rifahına və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.