Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Bakı, 18 sentyabr, ARHD.AZ





Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.

ARHD.AZ xəbər verir ki, Sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Baxış sayı: 7 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə