“Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 19 fevral tarixli 4/06 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin QƏRARI
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
Q Ə R A R
№ 22/06
Bakı şəhəri 8 avqust 2025-ci il
“Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-əmək №-li illik rəsmi statistika
hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 19 fevral tarixli 4/06 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında
Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 may tarixli 382
nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2025-ci il 14 may tarixli 291s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
qərara alır:
1. “Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-əmək №-li illik rəsmi statistika
hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin 2013-cü il 19 fevral tarixli 4/06 nömrəli qərarında aşağıdakı
dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş “Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-
əmək №-li illik rəsmi statistika hesabatı forması üzrə:
1.1.1. “I bölmə. Dövlət qulluqçularının cins və yaş qruplarına görə bölgüsü” cədvəlinin:
1.1.1.1. 03 - 05-ci, 15 - 16-1-ci, 27 - 28-ci, 39 - 40-cı sətirləri aşağıdakı redaksiyada verilsin:
1.1.4. “*) Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla” sözləri çıxarılsın;
1.2. həmin qərarla təsdiq edilmiş “Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-
əmək №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in “I bölmə.
Dövlət qulluqçularının cins və yaş qruplarına görə bölgüsü” bölməsi üzrə:
1.2.1. beşinci, altıncı, yeddinci, on dördüncü, on beşinci, on yeddinci və on səkkizinci
hissələr aşağıdakı redaksiyada verilsin:
“03-cü sətirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri vəzifələrində çalışan dövlət
qulluqçularının sayı qeyd edilir.
04-cü sətirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) regional mərkəzlərinin rəhbərlərinin, Naxçıvan MR Bakı şəhərində Daimi
Nümayəndəliyi rəhbərinin, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları
yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri
(Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri istisna olmaqla), yerli icra
hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının birinci müavini və
müavini vəzifələrində çalışan dövlət qulluqçusunun sayı qeyd edilir.
05-ci sətirdə Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara
bərabər tutulan orqanların rəhbərlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Naxçıvan
MR Baş nazirinin müşavirləri və köməkçiləri, Azərbaycan Respublikası Audiovizual Şurası
sədrinin köməkçisi vəzifələrində çalışan dövlət qulluqçularının sayı qeyd edilir. 05-1-ci sətirdə
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və
rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri, 05-2-ci
sətirdə onların müavinləri vəzifələrində çalışan dövlət qulluqçularının sayı qeyd edilir.”;
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
“27-ci sətirdə mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının yanında,
tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri vəzifələrində çalışan dövlət
qulluqçularının sayı qeyd edilir.
28-ci sətirdə mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, mərkəzi icra
hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan MR mərkəzi icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı
Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərlərinin, mərkəzi icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin,
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin
rəhbərlərinin müavinləri vəzifələrində çalışan dövlət qulluqçularının sayı qeyd edilir.”;
“39-cu sətirdə yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri
vəzifələrində çalışan dövlət qulluqçularının, 40-cı sətirdə isə yerli icra hakimiyyəti başçılarının
yanında olan orqanların rəhbərlərinin müavinləri vəzifələrində çalışan dövlət qulluqçularının
sayı qeyd edilir.
40-1-ci sətirdə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə
nümayəndələri və sahə inzibati ərazi dairələri nümayəndələri və onların müavinləri
vəzifələrində çalışan dövlət qulluqçularının, 40-2-ci sətirdə isə yerli icra hakimiyyəti (Bakı
Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının köməkçisi vəzifəsində çalışan dövlət
qulluqçularının sayı qeyd edilir.”;
1.2.2. onuncu hissədən “Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanları aparatlarının
rəhbərləri,” sözləri çıxarılsın;
1.2.3. on birinci hissəyə “köməkçiləri” sözündən sonra (üçüncü halda) “, 16-2-ci sətirdə
Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri” sözləri əlavə
edilsin;
1.2.4. on ikinci hissəyə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Naxçıvan MR Ali
Məhkəməsinin,” sözləri əlavə edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Əmək statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri
həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma
şöbəsinə həvalə edilsin.
Sədr Tahir Budaqov






















