“Heyvandarlığın vəziyyəti haqqında” 24 №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 02 dekabr tarixli 129/11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 02 dekabr tarixli
129/11 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvandarlığın vəziyyəti haqqında” 24 №-li illik
rəsmi statistika hesabatı forması və “Heyvandarlığın vəziyyəti haqqında” 24 №-li illik rəsmi
statistika hesabatı formasının doldurulmasına dair göstəriş” yeni redaksiyada verilsin (əlavə
olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Kənd təsərrüfatı statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn
məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma
şöbəsinə həvalə olunsun.






















