“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 108) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bəndə “Nazirliyi” sözündən sonra “, təhlükəli maddələrə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.5-1-ci və 1.5-2-ci bəndlər əlavə edilsin:

“1.5-1. həmin Qanunun 6.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə minatəmizləmə fəaliyyəti üzrə icraçı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olduqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər icraçılar olduqda isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.5-2. həmin Qanunun 6.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2025-ci il

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə