Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu





Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”,
“Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni
torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 17-ci
və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250
(Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493,
№ 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3,
maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD,
161-VIIQD nömrəli, 1 may tarixli 188-VIIQD, 192-VIIQD nömrəli, 3 iyun tarixli
209-VIIQD nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) aşağıdakı
dəyişikliklər edilsin:

1.1. 886.2-ci maddəyə “oyunlarda” sözündən sonra “(o cümlədən lisenziya
əsasında təşkil edilən kazino oyunlarında)” sözləri əlavə edilsin;
1.2. 1084-cü maddənin adında və mətnində “və idman mərc” sözləri
“, idman mərc və lisenziya əsasında təşkil edilən kazino” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 1086-1-ci maddə əlavə edilsin:
“1086-1. Lisenziya əsasında təşkil edilən kazino oyunlarından irəli
gələn tələb
Kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş
hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino
oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb
edilməsinə dair hüququnu istisna etmir.”.
Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I);
2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə
1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2,
maddələr 98, 99, № 3, maddələr 217, 221; Azərbaycan Respublikasının 2025-ci
il 11 aprel tarixli 172-VIIQD, 178-VIIQD nömrəli, 13 iyun tarixli 211-VIIQD və
212-VIIQD nömrəli qanunları) 244-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci 

bəndinə “oyunlarına” sözündən sonra “, habelə “Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin
yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada təşkil edilən və keçirilən kazino oyunlarına” sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab),
maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362,
№ 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772,
№ 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1,
maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217; Azərbaycan
Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli, 7 mart tarixli
152-VIIQD nömrəli, 11 aprel tarixli 178-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD
nömrəli, 16 may tarixli 199-VIIQD nömrəli və 13 iyun tarixli 212-VIIQD nömrəli
qanunları) 401-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 401.4-cü maddənin dispozisiyasında “və ya bank hesabı üzrə digər
əməliyyatlarının bank əməliyyatları aparan şəxslər” sözləri “, bank və digər
ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları” sözləri ilə əvəz
edilsin;
3.2. “Qeyd” hissəsinin 2-ci bəndinə “oyunlarına” sözündən sonra “, habelə
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən
kazino oyunlarına” sözləri əlavə edilsin.

Maddə 4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364 (Cild I); 2024, № 1, maddə 18,
№ 7, maddə 769) 13-2.3.7-ci maddəsinə “məlumatlar” sözündən sonra
“(“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən
idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən
və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə
edilsin.
Maddə 5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12,
maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637,
№ 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12
(II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101; Azərbaycan
Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli, 11 aprel tarixli
172-VIIQD, 177-VIIQD, 179-VIIQD nömrəli və 1 may tarixli 192-VIIQD nömrəli
qanunları) aşağıdakı məzmunda 22.0.42-ci və 23.2-1-ci maddələr əlavə edilsin:

Baxış sayı: 7 569

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə