Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56 (Cild I); 2024, № 2, maddələr 209, 213, № 5 (II kitab), maddə 579, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “a) fəhlələr:” abzası üzrə:
1.1.1. “qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər” sətri aşağıdakı redaksiyada verilsin:
|
qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər |
1.1.2. “əməliyyat bölməsində operatorlar” sətri çıxarılsın və “qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar” sətri aşağıdakı redaksiyada verilsin:
|
qızıl otağının operatorları və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar |
1.1.3. “metallurqlar” sətri çıxarılsın;
1.2. “b) rəhbərlər və mütəxəssislər:” abzasına “mühəndislər, o cümlədən elektrik mühəndisləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:
|
metallurqlar |
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 28 ” “ iyul ” 2025-ci il
№ 223






















