Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. COP29-da iştirak etmək üçün keçən il Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

Əminəm ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Maldiv xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2025-ci il

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə