Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM

Bakı, 21 iyul, ARHD.AZ




Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.

ARHD.AZ xəbər verir ki, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə 26 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bundan başqa, Azərbaycanda milli mətbuatın inkişafı sahəsində xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Baxış sayı: 7 695

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə