Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və geodeziya koordinat sisteminin vahidliyinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq edilsin.

2. Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdirilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2025-ci il

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə