İrakli Kobaxidze: Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir

Tbilisi, 16 iyul, ARHD.AZ



İrakli Kobaxidze: Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir


Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurasının ölkədə demokratik vəziyyətin yaxşılaşdırılması ilə bağlı Gürcüstan hakimiyyətinə göndərdiyi tövsiyələr ölkə rəhbərliyi və hakim partiya tərəfindən birmənalı qarşılanmayıb.

ARHD.AZ xəbər verir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının rəhbərliyi və deputatları Aİ-nin bu məktubunu şantaj kimi qiymətləndiriblər.

Hakim partiyanın sədri və Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Aİ ilə vizasız rejimin mümkün dayandırılması ilə bağlı müzakirələr gürcü xalqına qarşı şantaj vasitəsidir. Onun sözlərinə görə, belə bir addım əks-məhsuldar olacaq.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Levan Maxaşvili bildirib ki, Avropa institutları rəsmi Tbilisiyə təzyiq göstərmək, təhdid və şantaj siyasətini davam etdirir. Gürcüstan hakimiyyəti bununla bağlı narahatlıqlara baxmayaraq, ölkəni dəstəkləyən həm tərəfdaşlarla, həm də tənqidi qüvvələrlə əməkdaşlığa hazırdır.

“Aİ təsisatlarından öz maraqları üçün Gürcüstan ilə bundan sonra da şantaj və təhdid dili ilə danışılacaq. Amma baş verənləri ayıq şəkildə qiymətləndirən və Aİ-nin siyasətinin sağlam düşüncə və ümumi geosiyasi maraqlara əsaslanmalı olduğuna inanan Aİ-yə üzv dövlətlər də var", - deyə Maxaşvili vurğulayıb.

Onun sözlərinə görə, əks qüvvələr də məsələyə sağlam düşüncə ilə yanaşacaq və doğru yola qayıdacaqlar.

Hakim partiyadan olan digər deputat Tengiz Şarmanaşvili isə bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanla bağlı heç bir qərar qəbul edə bilməyiblər, çünki ayrı-ayrı ölkələrin liderləri çox praqmatik yanaşma nümayiş etdiriblər.

“Onlar başa düşürlər ki, Gürcüstanla münasibətlərin bu cür pozulması Avropanın özünün maraqlarına uyğun gəlmir. Amma ən acınacaqlısı odur ki, atdığımız hər addım və əldə etdiyimiz hər bir nailiyyət o zaman bizə qarşı istifadə olunur”, – deyə Şarmanaşvili vurğulayıb.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski də bildirib ki, Aİ ölkələrinin əksəriyyəti Gürcüstanla vizasız rejimin dayandırılmasının əleyhinədir.

Baxış sayı: 5 679

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə