Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

Hörmətli cənab Prezident,

Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün yaxşı şərait formalaşmışdır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın inkişafı istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2025-ci il

Baxış sayı: 5 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə