07.06.2025 ARHD.AZ



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı




AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ
Q Ə R A R
№ 3-13/Q24/2025
Bakı şəhəri 22 may 2025-ci il


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-12
nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması,
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük
vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da
dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti
haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial
yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil
haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”,
“Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli
Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2025-ci il 20 fevral tarixli 99s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
haqqında Əsasnamə”nin 5.3.6-cı yarımbəndini rəhbər tutaraq,

QƏRARA ALIRAM:


1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-
12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması,
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük
vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a
aşağıdakı məzmunda 6.17-ci bənd əlavə edilsin:
“6.17. Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və
nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən
məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən
təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat
müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.


N a z i r                                              general-polkovnik Vilayət Eyvazov

Baxış sayı: 6 786

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə