Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

28 May Azərbaycan xalqının milli qürurunu, birliyini, xeyirxahlığını və rifahını təcəssüm etdirən bir gündür.

Sizin müdrik, uzaqgörən və praqmatik siyasətiniz sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, vətəndaşların rifahı artmış və respublikanızın beynəlxalq arenadakı nüfuzu yüksəlmişdir.

Zəngin mədəni-tarixi irsə malik ölkəniz bu gün güclü dövlətə çevrilmiş, yüksək iqtisadi artım templərinə nail olmuşdur.

Zamanın sınağından çıxmış Rusiya-Azərbaycan münasibətləri sabit və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi olaraq qalır. Ortaq dəyərlər, hörmət, etimad və dostluq dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir.

Sankt-Peterburqa göstərdiyiniz daimi diqqətiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası Rusiyanın Şimal paytaxtının əsas tərəfdaşlarından biridir.

Əminəm ki, ortaq qəhrəmanlıq tariximiz və inkişaf istiqamətində səylərimiz iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və turizm sahələrində Sankt-Peterburq-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir.

Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı və rifah, günəşli Odlar Yurduna isə inamla irəliləməkdə davam etməyi arzulayıram.

Hörmətlə,

 


Aleksandr Beqlov

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə