Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı ifadə edir, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm.

 

Məhəmməd Yunis Əl-Mənfi

Liviya Dövləti Prezident Şurasının Sədri

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə