San-Marino Respublikasının Kapitan-Regentləri Denise Bronzetti və İtalo Riqidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayırıq.
Hörmətlə,
Denise Bronzetti və İtalo Riqi
San-Marino Respublikasının Kapitan-Regentləri