Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 aprel tarixli 118 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü kateqoriyanın “3A; 3A001; 3A002; 3A201; 3A225-3A230; 3B; 3C; 3D; 3E; 3A231; 3A232; 3A233; 3A234” bölməsinin 3-cü sütununa “Azərbaycan Respublikasının Energetika Nazirliyi,” sözlərindən sonra “tranziti istisna olmaqla” sözləri əlavə edilsin.

2. 6-cı kateqoriyanın “6A”, 7-ci kateqoriyanın “7A; 7B: 7D: 7E”, 8-ci kateqoriyanın “8A; 8B; 8C; 8D; 8E” və 9-cu kateqoriyanın “9A; 9B; 9C; 9D; 9E” bölmələrinin 3-cü sütunu üzrə:

2.1. “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: hərbi məqsədlər üçün” sözləri “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə” sözləri ilə əvəz edilsin;

2.2. “aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;” sözlərindən sonra “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);” sözləri əlavə edilsin;

2.3. “mülki məqsədlər üçün:” sözlərindən əvvəl “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:” sözləri əlavə edilsin.

3. “10 Hərbi təyinatlı mallar” kateqoriyası üzrə:

3.1. “ML1; ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030” bölməsinin 3-cü sütununda “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə” sözləri “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə” sözləri ilə əvəz edilsin və “əsasında” sözündən sonra “; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəyi əsasında” sözləri əlavə edilsin;

3.2. “PL5002; PL5006; ML5; ML6;”, “ML7”, “ML9”, “ML11”, “ML12; ML13; ML14; ML15; ML17”, “PL5033”, “ML18; PL5017 İML16; ML19; ML20; ML21; ML22” və “PL5001” bölmələrinin 3-cü sütununda “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə” sözləri “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə” sözləri ilə əvəz edilsin və “əsasında” sözündən sonra “; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)” sözləri əlavə edilsin;

3.3. “ML8” bölməsi üzrə:

3.3.1. birinci və ikinci hissələrinin 3-cü sütununda “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə” sözləri “ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə” sözləri ilə əvəz edilsin və “əsasında” sözündən sonra “; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəyi əsasında” sözləri əlavə edilsin;

3.3.2. birinci hissənin 4-cü sütununa “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi,” sözləri əlavə edilsin;

3.3.3. ikinci hissənin 4-cü sütununa “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə),” sözləri əlavə edilsin;

3.4. “ML10” bölməsinin 3-cü sütunu aşağıdakı redaksiyada verilsin:

“ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti - aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;

ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)”;

3.5. “PL5001” bölməsinin 4-cü sütununa “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə),” sözləri əlavə edilsin.

 


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 29 ” “ may ” 2025-ci il

№ 170

Baxış sayı: 7 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə