Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqe tutur, beynəlxalq arenada böyük nüfuza malikdir.

Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 


Sadır Japarov

Qırğız Respublikasının Prezidenti

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə