Dominikan Respublikasının Prezidenti Luis Abinaderdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm.
Hörmətlə,
Luis Abinader
Dominikan Respublikasının Prezidenti